Əməkdar artist Sevda Ələkbərzadə həyat yoldaşı Kamyerdən danışıb.
Müğənni “Onlar” verilişinə açıqlamasında onunla xasiyyətlərinin uyğun gəldiyini deyib:
“Çoxları deyir ki, Kamyer əcnəbidir. O azərbaycanlıdır. Cənubi Azərbaycanda doğulub, xaricdə yaşayır. Mənim pərəstişkarım olmayıb. Sadəcə belə bir müğənni olduğundan xəbərdar imiş. Indi isə pərəstişkarımdır. Xasiyyətimiz eynidir. Eyni hadisələrə gülürük, ağırtəbiətliyik. Hərdən zarafatla deyirəm ki, qardaşımsan. Həm xasiyyət, həm də vizual baxımdan zövqümcədir”.
[media=http://www.youtube.com/watch?v=rQT_KrhTpvg]