Əhalisinin 97 faizi müsəlman olan Tacikistanda tətbiq edilən qadağalar yerli əhaliyə çətin anlar yaşadır.
Ölkədə namaz qılmağa, məscid açmağa maneələr törədilir.
Tacikistanın Nahda Partiyası rəhbəri bir bölgədə məscid inşa etmək üçün 50 min imza toplanmasının lazım olduğunu bildirir. Bir kənddə 15 nəfər yaşayırsa camaatla namaz qılınmır. Qadınların, 18 yaşına qədər uşaqların məscidə girməsi qadağandır.
Əfqanıstan, Özbəkistan, Qırğızıstan və Çinlə qonşu olan Tacikistanın əhalisi təxminən 8 milyondur. SSRİ dağıldıqdan sonra müstəqil olan Tacikistanda son illərdə aparılan siyasətdə Rusiyanın təsiri özünü göstərir.