54 yaşlı xanımı ilan sancdı

10-06-2014, 02:16   
54 yaşlı xanımı ilan sancdı
Bu gün paytaxtın Xətai rayonu, Gəncə prospekti, 79 saylı binanın arxasında pilləkanlarla aşağı enmək istəyən 54 yaşlı Tənzilə Şəfiyevanı ilan sancıb.

ANS TV-nin məlumatın görə, hadisə şahidlərinin dediyinə görə, o, bağda işləyirmiş və geri dönüb evə getmək istəyəndə onun qarşısını ilan kəsib. İlan qadının sol ayağının dizdən aşağı nahiyəsindən sancıb.

Dərhal bina sakinləri ona kömək etmək məqsədilə sol ayağını kəndirlə sıxaraq təcili yardım çağırmadan xəstəxanaya çatdırıblar.

İlan sancma halları sözügedən ünvanda dəfələrlə baş verdiyindən, bina sakinləri problemin həll olunmamasından şikayətlənirdi. Uzun pilləkən sakinlərin yeganə gediş-gəliş yolu olduğundan ondan istifadə edənlər çox olur. Sakinlərlə yanaşı bu yoldan ilanlar da istifadə edir. Bundan başqa sakinlər deyir ki, əvvəllər binanın ətrafına ilan əleyhinə zərdab vurulurdu.

Tənzilə Şəfiyevanın səhhəti ilə maraqlanmaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə üz tutduq. Şöbə rəhbəri Azər Maqsudov bildirdi ki, Tənzilə xanım mərkəzə vaxtında çatdırılıb. Hazırda ona ilkin tibbi yardım göstərilir. Ümumiyyətlə bu ay ərziiində Tənzil xanım ilanların 12-ci qurbanı olub.

Xətai rayon mənzil kommunal təsərrüfat birliyinin baş mühəndisi bildirdi ki, artıq sabahdan etibarən sözügedən ünvanda ilan əleyhinə zərdabdan istifadə ediləcək. Təbii ki, bu o demək deyil ki, bina ətrafına zərdab vurularkən ilana bir daha rast gəlinməyəcək. Odur ki, hər ehtimala qarşı yol gedərkən diqqətli olun.
[media=http://www.youtube.com/watch?v=JvHNir2YObc]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.