ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı Hillari Ağ evdə keçirdiyi səkkizillik fəaliyyətləri ərzində qənaət etməyi bacarmayıb, dövlət başçısının iqamətgahını borclarla yüklənmiş tərk edib.
Bu haqda ABC telekanalı xəbər verib.
"Biz Ağ evi pulsuz, həm də borclarla tərk etdik. Biz ora düşdüyümüz zaman da bizim pulumuz yox idi. Biz ev kreditləri və Çelsinin (Klinton cütlüyünün qızı) təhsil haqqını ödəmək üçün hər sent üçün mübarizə aparırdıq. Siz bilirsiniz, bu necə çətindir, ağırdır", - deyə ABC telekanalına eksklüziv müsahibədə Hillari Klinton bildirib.
Demokrat partiyadan ABŞ prezidenti seçilən Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər bu postu tutub.
Sabiq dövlət katibi öz ailəsinin maliyyə çətinliklərindən danışıb. Televiziya aparıcısı Diana Souerin ər-arvad açıq çıxışlar üçün milyonlarla dollar qonorarlar qazanırlar haqqında məsələsinə cavab olaraq Hillari ”dəfələrlə pulsuz çıxış etdiyini” bildirib. KİV-in məlumatına görə, belə tədbir üçün Hillari Klintonun orta mükafatı 200 min dollar təşkil edir.
Hillari Klinton 2016-cı ildə ABŞ prezidentliyinə ehtimal edilən namizədlərdən biri hesab edilir. May ayında Ipsos sosioloji şirkətinin apardığı sorğuya görə ABŞ vətəndaşlarının əksəriyyəti 66 yaşlı Klintonu bu prezident seçkilərinin qalibi hesab edirlər.
Hillari Klinton telekanala müsahibəsində prezident seçkilərində iştirakı ilə bağlı məsələyə 2014-cü ildən tez olmayaraq cavab verəcəyini bildirib.