Naxçıvan MR-də fəaliyyət göstərən “Gəmi-Qaya” Holdinqində kütləvi ixtisarlar olub.
Bu barədə Axar.az-a Holdinqdəki etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbə holdinqin tikinti sektorunda fəaliyyət göstərən 200-ə yaxın işçisini ixtisara salmasının səbəbini yeni layihələrin olmaması ilə əsaslandırıb. Əlavə olaraq, holdinqin bütün şirkətlərində əmək haqları da 50%-ə qədər endirilib.
Qeyd edək ki, “Gəmi-Qaya” Holdinqi Naxçıvanın ən böyük şirkətlərindən biridir. Hazırda şirkətin bütün strukturlarında ciddi dəyişiliklər aparılır.
Onu da xatırladaq ki, holdinqin təsisçisi Rza Talıbov, prezidenti isə Türkiyə vətəndaşı olan Emin Uçardır.