İyunun 9-da günorta saatlarında Parisin mərkəzində, Səkkinci rayondakı bahalı zinət əşyalarının satıldığı “Karat” mağazası naməlum silahlı şəxs tərəfindən qarət edilib.
Bu barədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan paytaxt polis idarəsinin rəsmisi məlumat yayıb.
Məlumatda bildirilir ki, odlu silahla mağazaya daxil olan cinayətkar satıcıları hədələmiş, qiymətli daş-qaşları, saatları və digər bəzək əşyalarını torbasına yığdıqdan sonra sakitcə oranı tərk etmiş, yaxınlıqdakı metro stansiyasından qatara minərək aradan çıxmağa müvəffəq olub.
Qarət edilən zinət əşyalarının qiymətinin bir milyon avrodan çox olduğu bildirilib.
Bu, cari ilin əvvəlindən eyni məhəllədə baş verən altıncı qarət hadisəsidir