Fətullah Gülənin rəhbəri olduğu Gülən camaatı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan barəsində 245 məhkəmə iddiası qaldırıb.
ANS PRESS-in məlumatına görə, "gülənçilər"in Ərdoğan barəsində qaldırdıqları məhkəmə iddialarının ümumi məbləği 200 min dollar dəyərindədir.
İddiaların bəzilərinin qəbul edilmədiyi bildirilir.
Ərdoğan barəsindən ən çox Fətullah Gülən tərəfindən məhkəmə qarşısında iddia qaldırılıb.
Gülənən məxsus olduğu iddia edilən “paralel hökumət” qruplaşmasının Ərdoğan tərəfindən təhqir edilməsi də məhkəmə iddiaları sırasında yer alıb.
Həmçinin "gülənçilər" jurnalistlər barəsində də məhkəmədə iddia qalırıblar. "Gülənçilər" jurnalistlər barəsində “təhqir” və “xalqı kin və düşmənçiliyə sövq etmə” maddələri ilə məhkəmədə iddia qaldırılıblar.
Qeyd edək ki, Fətullah Gülən bir müddət öncə yalnız iki kostyumunun olduğunu söyləyib. Ərdoğan isə Fətullah Gülənə “əgər sənin iki kostyumun varsa bu qədər məhkəmə iddialarını necə qaldıra bilirsən” deyərək cavab verib.