Ənvər Seyidəliyevin «gərgin əməyi» sayəsində iki rayonu birləşdirən yola asfalt yox, yamaq vururlar
Ağsu ilə Kürdəmir rayonlarını birləşdirən yolun yenidən çəkilməsi məqsədi ilə büdcədən ayrılmış 1,5 milyon manatın aqibəti sual altına düşüb. Daha doğrusu, bu pulun nəyə və necə xərcləndiyi müəmması ortaya çıxıb.
JAM.AZ-a daxil olan məlumata görə, iki rayonu birləşdirən yol üçün ayrılmış vəsaitə nəzarət Ağsu rayon İcra Hakimiyyətinə həvalə edilib. Rayonun icra başçısı Ənvər Seyidəliyevin «gərgin əməyi» sayəsində isə sözügedən yolun yeni asfalt örtüyü ilə örtülməsi əvəzinə, yamamması prosesi həyata keçirilir.
Rayondakı mənbələrin iddiasına görə, Seyidəliyevin nəzarəti altında olan həmin pulun böyük qismi mənimsənilib. Yerdə qalan hissəsi ilə isə yalnız yamaq vurmaq mümkündür.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.