Nərimanov rayonu ərazisindəki "Montin" parkının əsaslı təmirə ehtiyacı var. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.
Oxucu maraqlanır ki, yaxın vaxtlarda bu park təmir olunacaqmı?
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov deyib ki, park tamamilə təmir olunacaq.
"Təmir işləri çərçivəsində yeni işıq sistemləri, oturacaqlar quraşdırılacaq. Yaşıllaşdırma işləri görüləcək", - o əlavə edib.
Onun sözlərinə görə, maliyyə vəsaiti ayrıldıqdan sonra işlərə start veriləcək.