Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində erməni əsilli "qanuni oğru" Qaçik Asaturyan saxlanılıb.
“Sokol” mehmanxanasında olan Asaturyana qarşı Rusiyanın “Mura” XTPD- ni xüsusi qrupu əməliyyat keçirib. Məlum olub ki, erməni əsilli oğru cəzasını çəkdikdən sonra azadlığa çıxıb, amma adı bir çox qətllərdə və qanunsuz əməllərdə hallanan 54 yaşlı Asaturyana xəbərdarlıq edilib və onu qanunsuz əməllərinə davam edəcəyi halda yenidən həbs olunacağı bildirilib. Asturyan polis bölməsinə gətirilb və hələ ki, orada saxlanılır. Asaturyanın vəkilinin sözlərinə görə, müştərisinə qarşı hələ ki, heç bir cinayət işi açılmayıb.
“Mən polis bölməsində oldum mənə bildirdilər ki, onunla profilaktik söhbət aparılır biz və ona qarşı cinayət işi açılmayıb, amma Asturyanın 2 gündür orada saxlanılması bizi narahat edir”, deyə vəkili bildirib.