Hadisə nəticəsində sürücü ölüb, bir nəfər isə yaralanıb
Az öncə Yevlax rayonu ərazisində dəhşətli yol qəzası baş verib. «Azərtoxum» MMC-nin binası yaxınlığından keçən dəmiryolunun üzərində qatar «Şevrolet Niva» markalı avtomobili vuraraq, bir nəfərin ölümünə, bir nəfərin isə yaralanmasına səbəb olub.
JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, «Şevrolet Niva» markalı avtomobil Yevlax şəhər Polis Şöbəsinin rəis müavini Ayaz müəllimin xidməti maşını olub. Dünyasını dəyişən şəxs rəis müavininin sürücüsü, yaralanan şəxs isə onun yanında əyləşmiş rayon sakinlərindən biridir. Yarılı ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun durumunun ağır olduğu bildirilir.
Hadisə zamanı Ayaz müəllim avtomobildə olmayıb.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır, cinayət işinin qaldırıldığı deyilir.