Hadisə iyunun 9-da Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində baş verib. Nardaran qəsəbəsində yaşayan Yevlax şəhər sakinləri Elgün Cəfərzadə və qardaşı Elxan Cəfərzadə taxta almaq üçün satış məntəqəsinə gediblər. Orada da taxta satıcısı ilə pul üstündə mübahisələri düşüb. Evə qayıdandan sonra həmin satış məntəqəsinin sahibi İsfəndiyar Xudaverdiyev onların arxasınca gələrək haqq-hesab çəkib.
İ.Xudaverdiyev Elgün və Elxan qardaşlarını bıçaqlayıb, sonuncunun oğlu Alxanı isə döyüb.
Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, əvvələr də 3 dəfə narkotik cinayətinə görə məhkum olunan İ.Xudaverdiyevin tutulması istiqamətində polis əməliyat-axtarış tədbirləri keçirir.