Bakının Yasamal rayonunda kütləvi dava baş verib.
ANS TV verdiyi məlumata görə, kütləvi dava rayon ərazisində, “İnşaatçılar” metrosunun yaxınlığında olub.
Dava axşam saatlarında metronun giriş-çıxışında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, davada üç nəfər taksi sürücüsü, ana-bala və onların qohumu iştirak edib. Ananın sözlərinə görə, oğlunun bir taksi sürücüsündən 900 manat borcunu geri tələb etməsi oradakılarn xoşuna gəlməyib və bu səbəbdən də dava yaranıb.
Öncə sürücülərin biri ilə əlbəyaxaya çıxan oğul bir neçə zərbə aldıqdan sonra onun dostları və daha iki taksi sürücüsü də davaya qoşulub. Bir müddət sonra sürücülər öz avtomobillərinə minərək oradan uzaqlaşıblar.
Hadisə yerinə iki patrul və bir təcili tibbi yardım maşını gəlib. Kütləvi dava ilə bağlı Yasamal Rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir.
[media=http://www.youtube.com/watch?v=3QcBhL0a6-w]