Bakı polisi bütün heyətlə reydlərə başladı

10-06-2014, 17:37   
Bakı polisi bütün heyətlə reydlərə başladı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda avtobus sürücülərinə qarşı reydlər keçirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a bildirib ki, paytaxtda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının çoxluğu ciddi narahatlıq doğurur.

Bu məqsədlə avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və onların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, şəhərin bütün küçə və yollarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinin sənədlərinin yoxlanılması, onların “Yol hərəkəti haqqında” Qanuna riayət etmələri yoxlanılacaq. Bununla bağlı artıq xüsusi qrup yaradılıb. Reydlərə idarənin bütün şəxsi heyəti cəlb olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.