Ukrayna prezidenti Pyotr Poroşenko UMH Group mediaholdinqinin keçmiş sahibi, milyonçu Boris Lojkini Prezident Administrasiyasının rəhbəri təyin edib.
Axar.az xəbər verir ki, sözügedən sərəncam iyunun 10-da prezidentin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Poroşenko Administrasiyanın müvəqqəti rəhbəri Sergey Paşinskini vəzifəsindən azad etmişdi. Oleq Rafalski isə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini təyin olunub.