Gürcüstan vətəndaşı Kutaisi-Minsk marşrutu ilə uçan sərnişin təyyarəsində terror aktı törətməyə cəhd edib.
ANS PRESS-in məlumatına görə, təyyarənin göyərtəsində olan sərnişinlərdən biri pilota xəbər göndərərək bildirib ki, təyyarənin istiqamətini Avropa ölkələrindən birinə dəyişdirsin. Əks halda təyyarəni partladacaq.
Lakin pilotların səyi nəticəsində təyyarəni Minsk aeroportunda endirmək mümkün olub.
Bu zaman Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları təyyarəni partlatmaq isətəyən sərnişini zərərsizləşdirə bilib. Belə ki, danışıqlardan sonra o, təhlükəsizlik qüvvələrinə təslim olub. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni ələ keçirməyə cəhd edən sərnişin Gürcüstan vətəndaşıdır.
Faktla bağlı cinayət işi açılıb.