ABŞ Kərkükə görə İŞİD-ə qarşı savaşacaq

11-06-2014, 03:00   

Ötən gün İraqın şimalındakı Mosul şəhərini və Kərkükdən şərq istiqamətində yerləşən bir çox obyektləri ələ keçirən qondarma İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşması yeni ərazilər zəbt edib.

Səlahəddin vilayətinin şimalı da radikal dinçilərin nəzarətinə keçib. Bölgədəki zavod, elektrik stansiyası və hərbi baza terrorçuların əlindədir. Səlahəddinlə həmsərhəd Anbar vilayəti və mərkəzi Ramadi şəhərində komendant saatı elan olunub. İraq hökuməti isə təcili şəkildə parlamentdən ölkədə fövqəladə vəziyyət elan etməsini tələb edib.

Öz növbəsində ABŞ və Avropa dövlətləri İŞİD qruplasmasına qarşı rəsmi Bağdada yardım edəcəklərini vəd ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.