Polşa Rusiyanın Ukrayna ilə bağlı çağırışına dəstək verdi

11-06-2014, 03:01   

Rusiyanın atəşkəs çağırışına Polşa hökuməti dəstək verib.

Polşa Xarici işlər naziri Radoslav Sikorski Rusiyanın separatçıların Ukraynaya girişinə maneə olmaqla bu ölkədəki böhranın həllinə yardım ola biləcəyini bildirib.

Rusiya və Almaniya Xarici işlər nazirləri Sergey Lavrov, Frank-Valter Ştaynmayerin iştirakı ilə St. Peterburqda keçirilən ortaq mətbuat konfransında danışan Sikorski Putinin Ukraynadakı prezident seçkilərinin nəticələrinə hörmət edəcəyini bildirməsinin doğru addım olduğunu vurğulayıb.

Rusiya Xarici işlər naziri Lavrov da Ukrayanda atəşkəsin təmin edilməsi ilə dialoqa başlamağın mümkün olduğunu deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.