Annneksiyalaşan Krımın girişində qeyri-leqal şəkildə gətirilən 4 partiyalıq yeyinti məhsulları saxlanılıb.
"Azadlıq" radiosunun Ukrayna bürosuna istinadən məlumatına görə, yükü nə Ukrayna sərhədiçiləri buraxıb, nə də rus əsgərləri qəbul ediblər. Məsələ ilə əlaqədar artıq Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsi bəyanat yayıb və açıqlamada deyilir ki, insident bazar günü baş verib.
İdarədən həmçinin bildirilib ki, bu, birinci belə hal deyil. Mütəmadi şəkildə qanunsuz olaraq Krıma ərzaq məhsulları keçirməyə çalışırlar. Ukrayna sərhədçiləri isə məsələdən - cinayətkar dəstə üzvlərinin bu cür əməllərindən bixəbər olduqlarını dilə gətiriblər.