Zabrat sakinləri illərdir suya həsrətdir

11-06-2014, 03:05   
Zabrat sakinləri illərdir suya həsrətdir
Zabratda yaşayan sakinlər illərdir su üzünə həsrət qaldıqlarını deyirlər.

ANS TV-nin məlumatına görə, bu ərazidə məskunlaşdığından bəri su üzünə həsrət qaldığını deyən müsahibim bu günə qədər müxtəlif yerlərdən su daşıyaraq birtəhər vəziyyətdən çıxıb. Elə onun kimi Zabrat -1 qəsəbəsi, Oktyabr - 64/2 ünvanında məskunlaşmış 90-a yaxın ailə də susuzluqdan və kanalizasiya xəttinin yoxluğundan əziyyət çəkir. Sakinlər öz hesablarına yaxınlıqdakı köhnə maşınqayırma zavodundan su xətti çəkiblər. Xüsusi mühərriklər vasitəsilə suyu əldə edirlər, o da bəzən quruyur. Yəni həmin xəttdə də su olmur. Bu səbəbdən gecə-gündüz xətti yoxlamaq məcburiyyətində qalırlar ki, bəlkə su gəldi və ehtiyata nəsə toplaya bildilər. Onların sözlərinə görə, bu azmış kimi su idarəsindən gələrək istifadə olunan suya görə ödəniş də istəyirlər.
Sakinlər deyir ki, 2 il əvvəl su idarəsinin işçiləri əraziyə baxış keçirdilər və qazıntı işlərinə başlayaraq küçənin başlanğıcına kimi su və kanalizasiya borularını çəkdilər. Amma sonuncu boru elə küçənin başlanğıcında qaldı.
Məsələ ilə əlaqədar “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ünvana dərhal baxış keçiriləcək. Bu məqsədlə elə bu gün Sabunçu Rayon Sukanal İdarəsinə tapşırıq veriləcək və həmin ərazi birdəfəlik su ilə təchiz olunacaq.
[media=http://www.youtube.com/watch?v=P_W9ad-LzWo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.