İŞİD lideri Əbubəkr Bağdadinin xilafəti elan etdiyi Mosuldakı Nuri məscidinin imamı Mela Həmud Hilali, İŞİD-in Mosula daxil olması və daha sonra baş verən proseslər barədə danışıb…
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Nuri məscidinin imamı terror təşkilatı barədə mühim detalları üzə çıxarıb.
Həmin reportajdan vacib məqamları təqdim edirik:
-Bağdadinin Nuri məscidində oxuduğu xütbənin sizin oxuduğunuz xütbədən fərqi nədədir?
-Bağdadi Mosula girdikdən bir ay sonra məscidə gələrək xilafətini elan etdi. Xalq dəyişiklik arzusunda idi, buna görə də çox normal münasibət göstərirdilər. Əbubəkr Bağdadini böyük bir təntənə ilə qarşıladılar. Bağdadinin xütbəsi, xilafətin elanı bizim gündəlik həyat tərzimiz və xalqın tələbatları ilə bağlı idi.
-Bağdadinin arxasında kimlər namaz qılırdı?
-Xilafət elan olunanda mən də orada idim. Xalqın həmişə ibadət etdiyi bir gündə məscidə gəlmişdi. Namaz vaxtı yaxınlaşanda bir nəfər yanımıza gələrək dedi ki, birazdan Şeyx İbrahim Avad adlı bir şəxs danışacaq. Camaat onun xəlifə olduğunu başa düşdü.
Saat 9:00-da hərəkətlənmə başladı. Təkilat üzvləri məscidə gələrək axtarış etdilər. Məscidin həyətində də çox sayda təşkilat üzvü var idi. Xalq onda vəziyyətdə nəsə bir anormallığın olduğunu və xüsusi bir insanın gələcəyini başa düşdü. Bütün kommunikasiya vasitələri kəsildi. Başa düşdük ki, bəzi şeylər dəyişəcək.
– Videolarda Bağdadinin arxasında namaz qılanların üzü görünmür. Onlar kimdir?
– Çoxu təşkilatın üzvüdür. Adi şəxslərdi yoxsa, səlahiyyətlilərdir, orasını bilmirəm. Üzvlərindən başqa heç kim onların harada olduğunu bilmirdi. Ancaq tam əminəm ki, ilk sırada dayananlar təşkilatın üzvləri idi.
-Bağdadi ilə heç danışmısınız?
-Yox. Məscidə gələn kimi xütbə oxudu. Qurtaran kimi də çıxıb getdi. O məsciddən çıxanda bəziləri əlindən öpür, ona dua edirdi. Böyük bir kütlə var idi. Ətrafında çox insan olduğuna görə ona yaxınlaşa bilmədim.
-İŞİD-in qətlə yetirdiyi insanların videosunu çəkməsi və yayımlamasına xalq necə reaksiya verdi?
-Xalq qorxmağa və şübhələnməyə başladı. Söylənilənlər və edilənlər arasında ciddi fərqin olduğu görünürdü. İŞİD nümayəndələri xalqa qarşı çox sərt davranırdı. Qadın və uşaqlara qarşı da mülayim deyildilər.
-Məscidin imamı olaraq Bağdadinin İslam xəlifəsi olduğunu heç düşünmüsünüz?
-Açığı yox. Çünki təşkilatın tərəfdarları arasında zorakılığın olduğunu görürdüm. Onlardan ayrılmaq istəyənləri öldürüdülər. Bu da vəziyyətin normal olmadığını sübut edirdi.
-Bağdadinin imamlarla dialoqu necə idi?
-Təşkilata üzv olmayan imamların işinə xitam verilirdi. Sadəcə onların tərəfdarları üzv ola bilər və məscidlərdə xütbə oxuya bilərdilər.
-Xütbədə hansı məsələlərə toxunulacağına kim qərar verirdi?
-Mən o dövrdə imamlıq etmirdim. Ancaq müəyyən qədər məlumatım var. Hamısı cəmi bir dənə xütbə oxuyurdu. İnanmıram ki, kimsə öz istəyilə xütbənin tərkibinə dəyişiklik edə bilərdi. Çünki belə olanda “istintaq”a cəlb olunub cəzalandırılırdılar.
– Xalqın Bağdadinin arxasında olmasının səbəbi nə idi? Bağdadi necə bir xüsusiyyətə malik idi?
-Heç bir xüsusiliyi yox idi. Sosial şəbəkədə təbliğat aparırdılar ki, xalq ona heyranlıq duysun. Belə ki, xilafətə, İslam və əmin-amanlığa dair ümidlər bəsləməyə başladı. Bunu unutmaq olmaz ki, xalqın İslamla bağlı məlumatları çox az idi, buna görə də Bağdadi onların diqqətini cəlb edirdi.
-İŞİD niyə Mosuldakı dini və tarixi yerləri xarabaya çevirdi?
-Qəbirstanlıqların və məzarların olduğu yerdə namaz qılmağın yanlış olduğunu düşünürdülər. Buna görə də bu cür yerlərdə namaz qılınmasına icazə verməyərək dağıdırdılar.
09.07.201716:19 1547