Polşanın Krakovo şəhərində Ronald Reyqan meydanında dünya kommunistlərinin lideri Vladimir Leninin yüngül təbii ehtiyacını ödəyərkən, təsvir olunmuş heykəli qoyulub.
Sarı rəngli heykəl «Gələcəyin fəvvarəsi» adlanır. Bu layihənin müəllifi haqda məlumat verilməyib.
Qeyri-adi fəvvarəyə şəhər sakinləri və turistlər fərqli yanaşır. Bəziləri bu heykəli gülüşlə qarşılayır, bir qrup insan isə Oktyabr inqilabının liderinin gülünc vəziyyətinə etiraz edib. Hətta heykəlin Krakovoda qoyulmasına qarşı çıxanlar da olub.
Abidə iyunun 9-da gecə saatlarında meydana qoyulub. O orada bir neçə gün qalacaq. Sonra onu şəhərin başqa rayonlarında da nümayiş ediləcəyi gözlənilir.