Duma Krımda qumara "hə" dedi

11-06-2014, 10:51   
Duma Krımda qumara "hə" dedi
Rusiya Dövlət Duması növbəti plenar iclasında birinci oxunuşda Krım ərazisində azartlı oyunların yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Axar.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, parlamentin mətbuat katibliyindən bildirilib ki, sənəd Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunub.

Sənəddə deyilir ki, azartlı oyunların yaradılaacağı məkanlar Krım rəhbərliyi tərəfindən müəyyənləşməlidir.

Qeyd edək ki, ekspertlər bu növ həvəskar oyunların Rusiya ərazisində özünü doğrultmadığı qənaətindədirlər. Məsələn, 2009-ci ildən ölkənin 4 ərazisindən yalnız "Azov Sity"dəki azartlı oyun növlərindən gələn gəlirlər nəzərə çarpandır. Lakin burada da müəyyən problemlərin olduğu deyilir. Gəlirlər hələ qoyulan 1,4 milyard rublluq sərmayəni ödəməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.