Keçən həftə yəhudi cinsi azlıqlara dəstək məqsədilə ABŞ-ın Təl-Əvivdəki səfirliyində homoseksualların bayrağı qaldırılıb.
ABŞ-ın İsraildəki səfiri Dan Şapiro öz Feysbuk səhifəsində yazıb: “ABŞ səfirliklərinin tarixində ilk dəfədir ki, Təl-Əvivdə amerikan bayrağı homoseksualların bayrağı ilə birlikdə qaldırılıb. Biz şəhər sakinləri ilə birlikdə LGBT quru həftəsini qeyd edirik”.
Qeyd edək ki, dünyanın hər yerindən on minlərlə qonağın gələcəyi Təl-Əvivdəki geyparad iyunun 13-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə LGBT-nin bayrağını İsa Şahmarlı qaldırıb. Ölkəmizdə bu rəmz daha çox İsanın bayrağı kimi xatırlanır. Onu da qeyd edəkl ki, İsa Şahmarlı bir neçə ay öncə intihar edib.