Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Günay Musayeva sevdiyi kişiyə qovuşdu

11-06-2014, 10:58   

Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel Türkiyənin ən reytinqli proqramı olan “Surviver“ yarışmasında uduzub. O, lazım olan səsi toplaya bilməyib və yarışmadan xaric olunub.

Tolqa Karel vida nitqində bunları söyləyib: “Dostlara uğurlar diləyirəm. İnşallah son dördlüyə qalarlar. Qalib olmasını istədiyim insanlar var.

Özüm üçün ancaq bunu deyə bilərəm ki, hər şey yuxu kimi keçdi. Buraya dəvət etdiyiniz üçün çox sağ olun! Hamı öz haqqını halal etsin. Burada keçirdiyim günləri çox gözəl yuxu kimi xatırlayacağam. Tamaşaçılara və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Günay Musayeva isə facebook səhifəsində Tolqa Karellə şəklini paylaşıb və “əsir düşərgəsi”ndən evinə xoş gəldin!” şərhini yazıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar