Şəmsiyyə Bəylərqızının cəzası bir il də artırıldı

11-06-2014, 11:04   
Şəmsiyyə Bəylərqızının cəzası bir il də artırıldı
Sabunçu rayon Məhkəməsində həbsxanaya qanunsuz əşya keçirməkdə günahkar bilinən Şəmsiyyə Bəylərqızının işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.
İranın keçmiş Azərbaycan səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. Şəmsiyyə Bəylərqızı sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir. Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Şəmsiyyə Bəylərqızı saxlanıldığı Bakı istintaq təcridxanasına qanunsuz əşya saxlayıb. Onun saxlanıldığı kameraya Pentensiar Xidmətin əməkdaşları baxış keçirilib. Baxış zamanı kameradan Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb.
Buna görə də Şəmsiyyə Bəylərqızının barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham edilib. Sabunçu rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü də birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Şəmsiyyə Bəylərqızının vəkili Tərlan Azayev Teleqraf.com-a deyib ki, hökmdən narazı qalıblar. O, Sabunçu rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verdiklərini deyib.
Tərlan Azayev həmçinin əlavə edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Onun sözlərinə görə, Şəmsiyyə Bəylərqızının barəsində bəraət hökmü çıxarılmasını istəyiblər. Lakin hökm dəyişdirilməyib. Vəkil həmin qərardan Ali Məhkəməyə şikayət edilcəklərini deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.