Əməkdar artist Almaz Ələsgərli qızlarından danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Şoubiz+” verilişinə müsahibəsində övladlarının hazırda nə işlə məşğul olduqlarını açıqlayıb:
“Bir qızım turizmi bitirib, agentlikdə çalışır. Sənətini çox sevir, deyir, ana, bu işdən həzz alıram. Böyük qızım isə hər zaman ingilis görəndə həsədlə baxırdı. İndi Stokholmda yaşayır, xarici dillər öyrənir. İsveç, ərəb, çin dillərini bilir”.
A.Ələsgərli iki il sənətdən uzaq qalmağının səbəbini də gizlətməyib:
“Sənəti tərk etməyim sevgi məsələləri ilə bağlı deyildi. Səsimdə problem vardı. Dedilər, iki il oxumaq olmaz. Müalicə olundum, indi hər şey yaxşıdır. Mən uşaqlarım üçün yaşayıram, onlar üçün nəfəs alıram. İstəyirəm, sabah başımı yerə qoyanda onlardan ötrü nəsə etmiş olum”.
[media=http://www.youtube.com/watch?v=AJlkLYS3oqw]