Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri İlham Məmmədova yeni vəzifə verilib.
ANS PRESS-in məlumatına görə, İlham Məmmədov bundan sonra özəl sektorda çalışacaq. O, "Vesyəloğlu" şikətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcək.
Qeyd edək ki, İlham Məmmədov 2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.