Ötən həftələrdə Bakıda pərəstişkarlarının qarşısında çıxış edən məşhur türk müğənnisi Gülşən ötən gün Moskvaya üz tutub.
ANS PRESS-in məlumatına görə, konsert proqramı verən Gülşən daha sonra el şənliyinı qatılıb. Sevilən ifaçı Azərbaycandan ora yollanan xalq artisti Brilliant Dadaşova, Rəqsanə İsmaylova, Samir Piriyev və aparıcılar ilə bir araya gəlib. Gülşən yerli müğənnilər ilə birlikdə azərbaycanlı iş adamının toyunda iştirak edib. Sənətçilər daha çox yerlilərimizin iştirak etdiyi el şənliyində əyləniblər. Bol-bol şəkil çəkdirən Gülşən, Rəqsanə, Brilliant Dadaşova fotoları sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, may ayının 25-i Heydər Əliyev sarayında çıxış edən Gülşən rəfiqəsi olan məşhur müğənni Röya Ayxanın köməyi ilə Bakıya gəlmişdi. Gələcək günlərdə isə iki sevilən ifaçı birgə duetlərini tamaşaçılara təqdim edəcəklər.