Coanna Budviq adlı həkim nə az, nə çox düz 7 dəfə tibb sahəsində Nobel mükafatına layiq görülüb. Bu həkim 2003-cü ildə 95 yaşında dünyasını dəyişib. Budviq fəaliyyəti müddətində öz xəstələrinin 90%-ni xərçəng bəlasından xilas etməyə nail olub.
Publika.az xəbər verir ki, başdöndürən uğurlarına rəğmən xanım Budviq əczaçılıq və nüvə sənayesi istehsalçılarının bir nömrəli düşməninə çevrilmişdi.
Həkim Coanna əminliklə deyirdi ki, xərçəngin müalicəsi haqda bütün suallara cavab vermək iqtidarındadır. O bilirdi ki, dünya səhiyyəsi təklif etdiyi ucuz və çox faydalı müalicə üsulunu rədd edəcək. Gözlənilən hal baş verir. Səhiyyə işçiləri onu insanları aldatmaqda günahlandırıb, təklif etdiyi müalicə protokoluna barmaqarası baxırlar.
Lakin Coanna Budviq ruhdan düşmür və Xərçəng əleyhinə protokolunu ərsəyə gətirir.
İkihissəli protokolun birinci mərhələsində təbii üsulla məcun hazırlanıb, xəstəyə yedirilir.
Məcunun tərkibi isə çox sadədir:
1 fincan yalnız təbii tərkibli kəsmiyi yenicə hazırlanmış kətan yağı və az miqdarda qırmızı bibər tozu ilə qarışdırılıb, taxta qaşıqla hər gün bir neçə qaşıq olmaq şərtilə yeyilir.
İkinci mərhələ isə onun tövsiyələrindən ibarətdir.
Xanım Coanna xərçəngdən əziyyət çəkən xəstələrə xüsusi pəhriz tərtib etmişdi:
Şəkər tozu əvəzinə üzüm şirəsi istifadə edin.
Heyvani yağları qəbul etməyin.
Mağazadan alınmış mayonez, ketçup və digər souslardan istifadə etməyin.
Günəş şüaları xərçəng hüceyrələrinin düşmənidir. Günəşli havada gəzintiyə çıxın.
Bir müddət ət yeməkdən imtina edin.
Kərə və marqarın yağından uzaq durun.
Yerkökü, kərəviz və şuğundurun təbii şirəsini için.
Bütün dərmanlardan imtina edin.
Gün ərzində 3 dəfə ilıq nanə, qızılgül yarpağı və üzüm çayı için.
Kimyəvi tərkibli qidalardan qaçın.
Yalnız filtrlənmiş təbii su için.
Bununla bədəndə olan xərçəng hüceyrələri tədricən kiçilib, məhv olacaq.
Sağlam olun!
Leyla Sarabi