Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakinləri kəndi boşaltmaq məcburiyyətində qalıb.
Ermənilər Naxçıvana hücuma keçiblər. Bunu Simsar.az-a Naxçıvan MR Culfa rayon sakinləri bildiriblər. Məlumatda bildirilir ki, ermənilər Culfa rayonunun Ləkətağ kəndini yüksək çaplı silahlardan atəşə tutubar. Dinc sakinlər kəndi tərk etmək məcburiyyətində qalıblar. Onlar müvəqqəti olaraq digər kəndlərə köçüblər.
Kənd sakinləri onu da bildiriblər ki, ermənilər Naxçıvanda cəbhəboyu hərəkətə keçiblər. Hazırda qızğın döyüşlər gedir.
Simsar.az bir azdan Müdafiə Nazirliyindən məlumatı dəqiqləşdirəcəyik.