Doğma qızını və nəvəsini zorlayan ata 13 il həbs cəzası aldı

11-06-2014, 12:38   

Rusiyanın Primorsk vilayətində doğma qızını və nəvəsini zorlayan kişiyə hökm oxunub.

Publika.az NEWSRU.com saytına istinadən bildirir ki seksual manyak ata cəzasını sərt rejimli islah-əmək düşərgəsində çəkməklə 13 il həbs cəzası alıb.

İstintaq materiallarında göstərilir ki, 53 yaşlı məhkum 2013-cü ilin yayında Ussiriysk kəndlərinin birində 12 yaşlı qız nəvəsinin köməksiz vəziyyətdə olmasından istifadə edərək onu zorlayıb. Hadisədən xəbər tutan qonşular bu haqda hüquq mühafizə orqanlarına məlumat veriblər. İstintaq zamanı hadisənin detalları əməliyyatçıların özlərini də şoka salıb.

Məlum olub ki, məhkum uzun illər öncə öz doğma qızını da zorlayaraq onu ər-arvad kimi yaşamağa məcbur edib. Qadın doğma atasından dünyaya üç uşaq gətirib. Manyak bu uşaqlardan ən kiçiyini, 12 yaşlı qızı da zorlayıb. Zorlanan qız kişinin həm nəvəsi, həm də qızıdır.

Xəbər verilir ki, hər üç uşaq yaxın insest izdivacdan doğulduğundan ağır xəstəlikdən əziyyət çəkir. Onların hamısında əqli çatışmazlıq müşahidə edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.