Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Ukraynanı 1991-ci ildə Krımı zorla özünə birləşdirməkdə ittiham edib.
Axar.az xəbər verir ki, Narışkin bunu Dumada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1991-ci ilin yanvarında Krımın Ukraynaya birləşdirilməsilə bağlı keçirilən referendumda yarımadanın əhalisinin 93 faizi bunun əleyhinə səs vermişdi.
Narışkin bildirib ki, o vaxtkı rus siyasətçilərinin məsuliyyətsizliyi ucbatından Krımın Ukraynaya birləşdirilməsi mümkün oldu.