Rusiya yayda qış vaxtına keçir

11-06-2014, 14:33   

Rusiya parlamentinin alt qanadı qış saatına keçidlə əlaqədar qanunu ilk oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, 450 deputatdan 436-sı qış vaxtına keçidin leyhinə səs verib.

Qanun Rusiya Prezidenti Vladimir Putinin imzasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, hökumət və yerli orqanların bəzi nümayəndələri layihəyə etiraz etsə də, qanun qəbul olunub. Narazılıq edənlərin əksər hissəsi şərq və şimal bölgələrində yaşayan əhalidir. Qanuna etiraz edənlər günəşin gec doğması səbəbi ilə işə və məktəbə qaranlıqda getmək məcburiyyətində qalacaqlarını bildiriblər.

Xatırladaq ki, Duma Sağlamlıq Komissiyasının sədri Sergey Kalaşnikov və 130 millət vəkili bu təklifi parlamentə təqdim etmişdi. Onların qənaətinə görə, yay vaxtına keçid və ümumiyyətlə, saatın irəli-geri çəkilməsi insan səhhətinə ciddi ziyan vurur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.