Tarixin ƏN QÜDRƏTLİ EKSTRASENSİ: Kimlərin asılacağını açıqlamışdı - İNANILMAZ PROQNOZLAR

29-08-2017, 14:45   

XVIII əsr bir sıra fırıldaqçı, avantürist, “şəfa verən”, “gələcəyi görən” insanların peyda olması ilə yadda qaldı. Lakin onların arasında elələri var idi ki, qabaqcadan söylədikləri hər şey həqiqətən gerçəkləşirdi.
Fransız falçı Mariya Lenorman Napoleonun, Jozefinanın, I Aleksandrın, Fransa inqilabının öndərlərinin və rus dekabristlərinin taleyini qabaqcadan xəbər verdiyi üçün həddindən artıq məşhurlaşmışdı.
Tarixi sənədlərə görə o, heç vaxt səhv etməyib. Lakin ölümü və məğlubiyyəti qabaqcadan gördüyü üçün, ona heç kim inanmaq istəmirdi. Amma nahaq...
Publika.az Mariya Lenormanın öncəgörməsi ilə bağlı bir sıra maraqlı məqamları oxuculara təqdim edir:


Şəkil: Mariya Lenorman gələcəyə baxarkən.
Mariya-Anna Adelaida Lenorman haqqında bir sıra xəbərlər dolaşırdı. Məsələn, o, doğulanda sıx qara saçları, iki qabaq dişi varmış. Bir ayağı digərindən uzun imiş. Uşaqlıqdan yad fikirləri rahatlıqla oxuyur və divarların çöl tərəfini görə bilirmiş.
Ata qızına verilmiş bu “hədiyyə”dən bərk narahat olur və onu benediktinlərin monastırına göndərir. Qapalı mühit olmasına baxmayaraq, ata təsəvvür belə etmirdi ki, qızının bu bacarıqları orada da ona inanılmaz şöhrət qazandıracaq. 6 yaşında Mariya qabaqcadan görür ki, monastırın başçısı öz postunu tezliklə tərk edəcək. Baş rahibə təşvişə düşür, lakin Mariya onu sakitləşdirir:
“Kraliçanın özünün himayəçiliyi altında zəngin bir abbatlığa başçılıq edəcəksiniz”.
Tezliklə hadisə gerçəkləşir.



Şəkil: Rəssam Jak Lui David - Maratın ölümü.
1790-cı ildə Mariya Lenorman Parisdə öz fal salonunu açır. Tezliklə o, çox məşhur olur və salona ən tanınmış və nüfuzlu insanlar gəlməyə başlayırlar. Amma çox vaxt qəzəblənərək oranı tərk edirlər: Mariya uğursuzluqları, xəstəlikləri və hətta ölümü qabaqcadan dəqiqliklə xəbər verirdi. 1793-cü ildə onun yanına Fransa inqilabının başçıları Robespyer, Marat və Sen-Jyust gəlirlər. Hər 3 nüfuzlu şəxsə falçı tezliklə qorxunc ölüm vəd edir. Cəmi 1 il ərzində dedikləri özünü doğruldur: Maratı şəxsi vanna otağında bizləyib öldürürlər, Sen-Jyust və Robespyerin isə başını kəsirlər.


Şəkil: Solda rəssam Firmen Masso - Jozefina, sağda rəssam Jak Lui David - Napaleon.
1794-cü ildə falçının dəbdə olan salonuna öz rəfiqəsilə Jozefina de Boqarne baş çəkir. Eşidəndə ki, Jozefina tezliklə imperatriçə olacaq, o, gülümsəyir. Həmin gün Lenormanın yanına general Napaleon Bonapart da gəlir. Mariya ona yaxın gələcəkdə çox sürətli inkişaf edəcəyini bildirir, amma bütün uğurları cəmi 40 yaşına qədər çəkəcəkdi. Napoleon imperator olandan sonra o, Lenormanın ölkədən sürgün olunmasını əmr edir - buna səbəb, falçının ona müharibədə məğlubiyyəti qabaqcadan xəbər verməsi idi. Eyni zamanda, Mariya yalqızlıqda ölümü də imperatora bildirmişdi. Həmişəki kimi Lenorman yenə də zərrə qədər yanılmamışdı...


Şəkil: Solda Muravyov-Apostol, sağda Rıleyev.
Napaleon ordusu darmadağın edildikdən sonra rus qoşunları Parisə üz tutur. Mariya Lenormanın salonuna Mixail Lunin, Serqey Muravyov-Apostol və Kondrati Rıleyev baş çəkirlər. Falçı onlara çox sürətli karyera inkişafını qabaqcadan xəbər verdi, lakin xoş xəbərin yanında asılma vasitəsilə ölüm də vardı. Bu sözlərə Muravyov-Apostol gülümsəyir: "Siz yanılırsınız! Siz bizim ölkəmizin adətlərini bilmirsiniz. Mən saray əhliyəm, Rusiyada zadəganları asmırlar".
Mariya sakitcə cavab verir: "Sizin üçün padşah istisna edəcək".
Dekabristlərin üsyanının 5 rəhbəri, o cümlədən Rıleyev və Muravyov-Apostol həqiqətən 1826-cı ildə asılaraq edam edildilər.


Şəkil: Solda Mariya Lenorman, sağda I Aleksandr.
Digər bir faktı da qeyd edək ki, madmazel Lenorman Parisdə I Aleksandra da təqdim edilmişdi. Mariya ona, taxtdan üz döndərəcəksə, uzun həyat yaşayacağını bildirir. 1825-ci ildə imperator Taqanroqda xəstələnir və ölür. Əslində həqiqətən də I Aleksandr Sibir tayqasında tərki-dünya olaraq yaşamağa başlamışdı.
Bütün bunları və digər faktları öncədən xəbər verən madmazel Lenorman isə həqiqətən də şöhrətə layiq idi.
Zaur H.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.