Bakıda məhbus özünü asdı

11-06-2014, 14:42   
Bakıda məhbus özünü asdı
Nəzarətçilər səyi ilə 40 yaşlı Amin Qafarovun intihar cəhdi baş tutmayıb

Bu gecə saat 04:20 radələrində Bakının Sabunçu rayonunda məhbus özünü öldürməyə cəhd edib. Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən verilən məlumata görə, hadisə Kürdəxanı təcridxanasında qeydə alınıb.

Burada saxlanılan 40 yaşlı Amin Qafarov özünü asıb.

Bunu görən nəzarətçilər dərhal onu ölümdən xilas ediblər. Məhbusa ilkin tibbi yardım göstərilib.

Məhbusun özünü öldürmək istəməsinin səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.