"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.
Nazirlər Kabinetindən Trend-ə daxil olan məlumata görə, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli fərmanının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti qərara alıb ki, "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycanda minimum istehlak səbətinin tərkibi" yeni redaksiyada təsdiq edilsin.
Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi
Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.
İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.