Milli Şura yenidən toplandı

12-06-2014, 10:36   
Milli Şura yenidən toplandı
Dünən Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi növbəti yığıncağını keçirib.

Yığıncaq Azərbaycan hökumətinin bütün üsullarla ölkəmizi avrointeqrasiyadan yayındırmasına həsr edilib. Qeyd edilib ki, hakimiyyətin bu kursu xalqın maraqlarına yox, hər şeydən əvvəl avtoritar və korrupsioner rejimin qorunmasına xidmət edir.

Avrointeqrasiya bir seçim deyil, kiməsə qarşı yönəlməyib, Azərbaycan xalqının gələcəyini düzgün müəyyən etmək üçün gedilən bir yoldur və bu yol keçən əsrin əvvəlində Azərbaycan Demokratik Respublikası yarandıqda seçilib. Bildirilib ki, Azərbaycan hakimiyyətinin talançılığa və ədalətsizliyə söykənən indiki siyasəti Azərbaycanın müstəqilliyini də təhlükə altına alır, ölkədə sovet nostaljisini və bundan istifadə edəcək məkrli qüvvələri gücləndirmiş olur. Hakimiyyətin Avropa əleyhinə təbliğatı da buna kömək edir.

Koordinasiya Mərkəzinin qərarı ilə, Milli Şura avrointeqrasiyanın ölkəmiz üçün əhəmiyyəti və bundan yayınmağın zərərləri barədə tədbirlər keçirəcək(azadliq.info).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.