Lənkəranda ailə faciəsi: 2 qardaş çayda boğuldu

12-06-2014, 10:38   
Lənkəranda ailə faciəsi: 2 qardaş çayda boğuldu
Lənkəranda baş verən dəhşətli olay bütün rayonu sarsıdıb.

ANS PRESS-in verdiyi məlumata görə, baş verən bədbəxt hadisə nəticəsində Əsgərovların ailə çırağı sönüb.

Belə ki, Lənkəran şəhərinin Kürə deyilən ərazisində yaşayan 23 yaşlı İlqar və 21 yaşlı Şadiman Yaşar oğlu Əsgərov qardaşlarının çayda balıq tutmaq istəkləri həyatları bahasına başa gəlib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin dövlət sulardan xilasetmə xidmətinin dalğıc axtarış qrupu saat 01:45 radələrində axtarışlara başlasa da, Əsgərov qardaşlarının cəsədləri ancaq səhər saat 06:00 radələrində batdıqları yerdən təxminən 6 metr məsafədə tapılaraq sudan çıxarılıb. Meyidlər aidiyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Xatırladaq ki, qardaşların batdığı ərazi-Lənkəran çayının Velədi kəndindən keçən hissəsi ən yaxın sulardan xilsetmə məntəqəsindən təqribən 8 km aralıda yerləşir

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.