Avstriya səfərinə çıxan Ermənistan prezidenti Serj Sərkisyan iyunun 11-də paytaxt Vyanada həmkarı Haynts Fişerlə görüşüb.
Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdən sonra iki ölkənin əməkdaşlığına dair sənədlər imzalanıb. “Media forum” saytı xəbər verir ki, dövlət başçıları Avstriya və Ermənistanın dostluğu, tərəfdaşlığı barədə bəyannaməyə qol çəkiblər. Digər sənədlər turizm, mədəniyyət, hava nəqliyyatı sahələrində əməkdaşlığı nəzərdə tutur.
Həmkarı ilə birgə mətbuat konfransı keçirən Serj Sərkisyan görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistan Qarabağ münaqişəsinin yalnız və yalnız dinc yolla, ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır, bu yöndə öhdəliklərinə sadiq qalır.