Bakıda dələduzluğa görə axtarışda olan qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Sevinc Qulubəkova tutulub.
Qeyd edək ki, 42 yaşlı S.Qulubəkova barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilib.
Faktla bağlı araşdırma aparılır.