Amerika fəlakəti, Trampa sui-qəsd… – Öngörülər doğrulur

13-09-2017, 14:08   


18 ildən bir təkrarlanan Günəş tutulmaları bu günə qədər fəsadsız ötüşməyib. Ancaq sonuncu günəş tutulması hadisəsindən sonra heç bir təbii fəlakətin baş verməməsi illərdir “şablonlaşmış” fikri bir qədər unutdurdu. Ta ki, Amerika Birləşmiş Ştatlarını cənginə alan qasırğalar başlayana qədər.

Axar.az xəbər verir ki, bu il də təkrarlanan nadir təbiət hadisəsini tam şəkildə yalnız ABŞ sakinləri müşahidə edə bildi. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən Günəş tutulması ilk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə etdi. Hətta bu Günəş tutulmasına “Böyük Amerika tutulması” adı da verdilər.

Günəş tutulmalarından sonra nələr olub?

Yada salaq ki, böyük Günəş tutulmasının ardından böyük fəlakətlər olacağı iddiaları həmişə olub. Hətta alimlər qeyd edib ki, zəlzələlərin baş verməsinə səbəb Günəşdə baş verən hadisələr, planetlərin paradı və digər hadisələrdir.

Sitat: “Günəş tutulması haradasa, hansısa zəlzələnin baş verməsinə təkan verə bilər”.

Deməli, 18 ildən bir təkrarlanan Günəş tutulmasından sonra dəhşətli təbii fəlakətlərin baş verməsi ehtimal yox, gözləniləndi.

Astroloqlar Ueyd Keyvs və Markori Orr da Günəş tutulmasının xüsusilə avqust ayına təsadüf etdiyi illərdə böyük fəlakətlərin baş verdiyini aşkar ediblər. Onların araşdırmasına görə, Günəş tutulmasının avqust ayına düşdüyü illərdə (1909, 1927, 1945, 1963, 1981 və 1999) bu dəhşətli hadisələr olub: ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana sui-qəsd cəhdi, Xirosima və Naqasakiyə atom bombası atılması, Franklin Ruzveltin ölümü, Çikaqoda xaos və Prezident Uilyam Tafta sui-qəsd.

Günəş Türkiyəni necə qaragünə qoydu?

Təkcə 18 il öncə baş vermiş Günəş tutulmasından sonra Türkiyədə baş vermiş fəlakəti xatırlamaq kifayət edir. Belə ki, 1999-cu ilin 9 avqust tarixində tam Günəş tutulmasının episentri İstanbula düşmüşdü. Hətta bu nadir təbiət hadisəsini izləmək üçün dünyanın dörd bir yanından İstanbula axışıb gələnlər də olmuşdu. Hətta həmin hadisə Türkiyədə böyük coşqu ilə qarşılandı və bayram ovqatı ilə qeyd edildi.

Güşən tutulmasından cəmi 8 gün keçdikdən sonra Türkiyədə dəhşətli Mərmərə (Konya) zəlzələsi baş verdi. Zəlzələ dağıntı və çox sayda insan itkisiylə nəticələndi.

Həmin il avqustun 17-də səhər saatlarında baş verən zəlzələ zamanı 18 mindən çox insan həlak oldu, 24 min insan yaralandı, 505 nəfər isə ömürlük şikəst qaldı.

Aşağı zəlzələ, yuxarı qasırğa

Və budur. Hadisələr özünü çox gözlətmədi. İndi təbi fəlakətlər, zəlzələ və qasırğalar şimallı-cənublu Amerikanı cənginə alıb. Aşağıda meksikalılar zəlzələ ilə, yuxarıda ABŞ sakinləri isə qasırğa ilə əlləşir.

2 gün ərzində 3-cü dərəcədən 5-ci dərəcəyə qalxan “İrma” Amerika tarixində ən güclü qasırğa hesab olunur. Qasırğanın qrafik versiyasında binaların ağac kimi yelləndiyi göstərilir. Müasir öncəgörücülərdən Johan Fenn Yutub kanalında bir neçə gün əvvəl daha 2 qasırğa, sunami və zəlzələ barədə öncəgörməsi olduğunu elan edərək, hökuməti daha çox xilasedici cəlb etməyə çağırıb.

Meksika Milli Seysmologiya Xidməti də zəlzələdən sonra ölkə sahillərində bəzən 8-8.4 bala çatan 61 yeraltı təkanın baş verdiyini bildirib. Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb. Zəlzələnin Meksika tarixində son 100 ildə ən güclü zəlzələ olduğu bildirilir.

Günəş tutulmasında qürub edən Tramp

Günəş tutulmalarından sonra təyyarə qəzalarının, partlayışların, dövlət xadimlərinə sui-qəsdlərin olacağı iddiaları da var. Hətta Günəş tutulması hadisəsindən əvvəl amerikalı astroloqlar bununla bağlı proqnozlarını da vermişdilər. Ulduz falına görə, Prezident Donald Trampın rəhbərliyi sona yetəcək. Proqnoza görə, bu, iki yolla baş tuta bilər – prezident ya qətlə yetiriləcək, ya da ona impiçment elan ediləcək.

Amerikalı astroloqların proqnozlaşdırdığı təbii fəlakətlər baş verdi və hələ də davam etməkdədir. Növbə Prezident Trampdadırmı? Bunu artıq zaman göstərəcək.

Növbəti Günəş tutulması və …

Məsələ ilə bağlı Axar.az-a danışan astroloq Səbuhi Rəhimli Günəş tutulmasından sonra ABŞ-da təbii fəlakətlərin baş vermə ehtimalını bildirmişdi:

“Astrologiyada Ay və Günəş tutulmaları çox mühüm əhəmiyyət kəsb edir. Bu hadisə nəticəsində təbii fəlakətlər, təbiətin anormal dəyişikliyi, Ayın hərəkətinə uyğun olaraq okean-dəniz sularında qabarma və çəkilmələr olur. Ay tam bədirlənəndə dəniz və okean sularında daşqınlar baş verə bilər”.

Qeyd edək ki, növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.