Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov barəsində mediada yayılmış xəbərlərə Anaxəbər.az saytında tənqid olunmuşdu.
Həmin məlumatlarda Təhsil Şöbə müdirinin Bərdə məktəblərində pul yığma, rüşvət əməlləri, oğlunun xidməti avtomobillə qeza törətməsi qeyd olunurdu. Bu məlumatlar Ölkə mətbuatına istinadən təqdim olunmuşdu.
Ancaq apardığımız araşdırma zamanı yazıda gedən iddiaların yanlış olduğu, köhnə informasiyalar əsasında hazırlandığı üzə çıxıb. R.Şərifovun oğlunun qəza törətməsi xəbərinin isə 4-5 il öncə baş verdiyi aydınlaşıb. Bununla əlaqədar Anaxəbər.az saytı texniki şöbə işçilərinin yol verdiyi xətə ucbatından yayınlanmış köhnə materialla əlaqədar təkzib verdiyini bildirir.
Anaxəbər.az