Moskvada 6 qanuni oğru saxlanıldı

12-06-2014, 11:11   

Kriminal avtoritetlər paytaxtın qərbindəki restoranlardan birində toplaşıb.

Onlar əldə edilən gəlirin bölünməsi üçün "sxodka" keçirməyə hazırlaşıblar. Lakin polis əvvəldən bundan xəbər tutduğundan restorana basqın edib. Saxlanan "qanuni oğru"lar arasında Gürcüstandan olan 43 yaşlı Mamuka Qalskiy də var. Bu şəxs Rusyada arzuedilməz adam elan edilsə də, saxta pasportla Moskvaya gedərək "sxodka"ya qatılıb. M.Qalskiy həmçinin Rusiya ərazisində ağır cinayətlərin törədilməsində şübhəli bilinir. Saxlanan "qanuni oğru"ların bundan əvvəl hansısa cinayətlərdə iştirakını olub-olmadığı araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.