İcra başçısının villasının fotosu yayıldı

12-06-2014, 13:12   
İcra başçısının villasının fotosu yayıldı
1. Qurucu icra başçıları-Az saylı olmalarına baxmayaraq, təyin olunduqları ərazilərdə quruculuq işlərinə önəm verənlər.

2. Ölü icra başçıları- necə gəlib-getdiyi bəlli olmayanlar.

3. Dağıdıcılar- Əlavə şərhə ehtiyac yoxdur.

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov daha çox üçüncü kateqoriyaya aid edilsə də, onun məşhurluğu bu kateqoriyanın daha üst sinifinə aid olduğunu göstərir. Belə ki, Şahin Məmmədovla bağlı internet resurslarında axtarış verərkən, müsbət bir məqam tapmaq üçün uzun-uzadı araşdırmaq gərəkir. Lakin «adam döyən icra başçısı”, «dəmir satan”, «korrupsioner” və s. kəlimələri axtarış verdikdə, Şahin Məmmədovun adı ilk sırada gəlir.

Haqsız da sayılmazlar.

Ağcabədidən Azerinfo.org-a daxil olan məlumata görə, rayon icra başçısı Şahin Məmmədov dövlət büdcəsindən oğurladığı para hesabına Gürcüstanın Batumi şəhərində dəyəri 1 milyon dollar olan dəbdəbəli villa tikdirib.

Məlumat mənbəmiz bildirir ki, icra başçısı villanın tikintisinə nəzarəti yaxın qohumlarından birinı tapşırıb. Məhz həmin yaxın qohum icra başçının villasının tikilməsinə görə, 4 aydan çox Batumi şəhərində qalıb.

Şahin Məmmədovun turizm şəhərindəki villası üçün sadəcə 60 sot torpaq sahəsinə 70 min dollar pul ödədiyi qeyd olunur. İnformasiya mənbəmiz bildirir ki, Şahin Məmmədov Batumidə tikdirdiyi villanı keçən ilin ortalarında Ağcabədi şəhərinin mərkəzi küçələrinin aqlaylanması əməliyyatından əldə etdiyi külli miqdarda qazancdan sonra tikməyə başlayıb. Belə ki, rayonun Alman qəsəbəsinin yerində icra başçısına məxsus beton zavodu və aqlay sexi fəaliyyət göstərir. Ağcabədi şəhər küçələrinin aqlaylanamsında məhz icra başçısının sexinin malları istifadə olunub.

Mənbəmiz qeyd edir ki, 1 kvadrat aqlayın istehsalının maya dəyəri çox ucuz başa gəlsədə Şahin Məmmədov sənədləşdirmələrdə qiymətləri azı 10 dəfə şişirdib. O da bildirilir ki, Şahin Məmmədov həyata keçirdiyi abadlıq, tikinti maxinasiyalarını Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin əli ilə həyata keçirir. Xatırladaq ki, Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin oğludur və icra başçısının bütün yeyinti əməliyyatlarında iştirak edən kilid şəxslərdən biridir.

İcra başçısının aqlay və digər abadlıq maxinasiyalarından əldə etdiyi gəlirin 2 milyon manatdan çox olduğu deyilir. Qeyd edək ki, Şahin Məmmədovla Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin birlikdə həyata keçirdikləri ilginc əməliyyatlarla bağlı redaksiyamıza daxil olan informasiyaları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.