"Lotu Quli"yə meydan oxuyan ən gənc azərbaycanlı oğru kimdir? - Dosye Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovla digər azərbaycanlı oğrular arasında müharibə davam etməkdədir.
Lent.az-ın məlumatına görə, azərbaycanlı oğrulardan Ceyhun Əsgərov (Gəncinski), Rafiq Eyvazov (Masallinski) və Cavid Məmmədov (Dato Ağcəbəndinski) Nadir Səlifova qarşı birləşib.
Bu qruplaşmaya Dato Ağcəbədənski rəhbərlik edir. Gənc olmasına baxmayaraq, Cavid Məmmədov hazırda “Quli”yə meydan oxuyur. Ona kriminal aləmdə böyük nüfuza malik yunan “oğrular” dəstək verirlər.
Dato Ağcəbənski kimdir?
Cavid İltizam oğlu Məmmədov 1985-ci il martın 14-də Ağcabədidə anadan olub.
Bir müddət sonra o, Moskvaya köçüb. Burada kriminal aləmə qoşulub.
2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə kriminal aləmdə böyük rəğbət qazanan gənc azərbaycanlı yenidən məhkəmə qarşısına çıxarılır. Moskvanın Kolomenski rayon Məhkəməsi Cavidi 2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan “Vladimir Sentral”a göndərirlər. O, cəzasının yerdə qalan 3 ilini qapalı həbsxanada çəkir.
“Vladimir Sentral”da cəza çəkən Cavid Məmmədov burada kriminal avtoritetlərlə birgə münasibət qurur. Onunla eyni dövrdə həbsxanada Merab Suxumski, Bitya Tbiliski, Avto Kopala, Laça Celadze kimi “oğrular”cəza çəkib.
O, türmədə dövrün tanınmış oğrularından Laçi Celadze ilə (Raça) dostluq eləməyə başlayıb.
Cavid Məmmədov 2009-cu ildə azadlığa çıxıb.” Raça” Cavidi oğru aləmində Dato Kutaiski və Zaza Ambroladze kimi tanınan nüfuzlu kriminallarla tanış edir. Bundan sonra hər 3 qanuni oğru Cavidə dəstək verirlər.
Daha sonra Cavid bir çox kriminal hadisələrin iştirakçısı olur.
2013-cü iyunun 27-də Yunanıstanda keçirilən “sxodka”da Dato Kutaiski, Zaza və Şikora Cavidə “qanuni oğru” adı verib. Həmin “sxodka”da Caviddən başqa, həmçinin, Kaxa Kaxetinski, Leki Rustavinski, “Stalin” ləqəbli Uqrelidze, Papuna Kutaiski, Badraçuna oğru adını alıb.
Lakin “Lotu Quli” Cavidin oğru adını almasını qəbul etməyib. N.Səlifov bildirib ki, yalnız o, azərbaycanlılardan kimin bu ada layiq olduğuna qərar verə bilər.
Cavid kriminal aləmdə Dato Ağcəbədinski kimi tanınır. O, hazırda Zaur Şipilov (Naxçıvanski) ilə birgə azərbaycanın ən gənc qanuni oğrusudur.
Zaur Şipilov da hazırda həbsdədir. Zaur Şipilov kriminal aləmdə Culfalı Bayram kimi tanınan Bayram Talıbovun oğludur. Zaur Şipilova oğru adını Rövşən Lənkaranski və Hacı Beylaqanski verib.
Culfalı Bayram 2006-cı ildə Moskvada "Lotu Hikmət"kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.