Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb.
Anspress-in məlumatına görə, başda "Moskovskiy Komsomolets" saytı olmaqla bir sıra Rusiya KİV-ləri “Ermənistan Azərbaycanla müharibəyə başladı”, “Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, “Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.
Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var.