Axşam saatlarında Bakıda havanın yağışlı olması metropolitenin fəaliyyətinə də qismən öz təsirini göstərib.
BiG.AZ xəbər verir ki, axşam saatlarında yağıntının miqdarının çox olması metropolitenin tunellərində də sızıntıya səbəb olub. Bu barədə BiG.Az-a danışan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev artıq sızıntının aşkarlanaraq aradan qaldırıldığını bildirdi:
"Artıq bununla məşğul olan xüsusi şöbəmiz Nərimanovla Gənclik metrostansiyaları arasında baş verən sızıntını aşkarlayaraq aradan qaldırıblar. Bu sızıntının olması mütləqdir və burada qeyri-adi heç nə yoxdur. Çünki həmin sızıntının olduğu yerin üst qismində heç bir asfalt örtüyü yoxdur və torpaqdır. Normalda sızıntının heç bir fəsad vermədən axması üçün xüsusi yerlər də yaradılıb. Artıq heç bir problem yoxdur".