Bu gün səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı sərbəst buraxılıb. QAT sədri təxminən iki saata yaxın idarədə dindirilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları QAT-ın ofisinə gələrək Akif Nağını idarəyə aparmışdılar. Onun iyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının “Rose Roth” seminarı keçiriləcək. Seminara erməni deputatların da qatılmasına etirazla bağlı saxlanıldığı bildirilirdi.