Azərbaycanın tanınmış stilistlərindən olan Balaşın dünən həbs olunması barədə xəbər yayıldı.
Aktual.az-ın məlumatına görə, stilst Balaş dünən gecə saatlarında 20 yanvar metrosu ətrafında yoldaşları ilə əylənərkən polislər tərəfindən yaxalanıb və bir neçə saatdan sonra azad olunaraq evə buraxıldığı barədə məlumat yayılıb.
Lakin stilist Aktual.az-a hadisəni təkzib edib: “ Mən dünən günorta Bakıya gəlmişəm, axşam da “Muhteşem Yüzyıl”a baxmışam”.